Son xəbərlər – İstanbul valiliyi nümayişlərə qoyulan qadağanı uzadıb: Şəhərə giriş-çıxış da məhdudlaşdırılıb

Dünya

İstanbul Qubernatorluğu nümayişlərə qoyulan qadağanı uzadıb: Şəhərə giriş və çıxışlar da məhdudlaşdırılıb.

İBB sədri İmamoğlu ədliyyəyə sövq edildikdən sonra İstanbulda martın 27-dək bütün nümayişlər və tədbirlər qadağan edilib. Qubernatorluğun qərarı ilə ətraf əyalətlərdən şəhərə gələn insanların, qrupların və nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulduğu da açıqlanıb.
İstanbul valiliyi 19-23 mart tarixləri arasında qüvvədə olan nümayiş və tədbirlərə qadağanın daha 4 gün uzadıldığını açıqlayıb.
Müvafiq olaraq, 23 mart saat 00:01-dən 26 mart saat 23:59-a qədər İstanbulda hər cür açıq və qapalı toplantılar, nümayiş yürüşləri, mətbuat açıqlamaları, imza kampaniyaları, çadırların qurulması, plakatların asılması tamamilə qadağan edilib.

 MUASİRMEDİA.AZ
TƏRCÜMƏ EDƏN GÜLƏR AMİN

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir