Azərbaycan Həmkarlar İttifaqlarınınüzv təşkilatı Səhiyyə işçilər Həmkarlar ittifaqı respublika komitəsinin təşəbbüsü və təşkilatçlığı ilə Hacıqabul rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaçış” adlı layihəsi çərçivəsində qaçış yarışı keçirilib.
Tədbirə dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirildi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz anıldı.. Daha sonra Hacıqabul RİH başçısı Sevindik Hətəmov və Azərbaycan Səhiyyə İşçilər Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova tədbir iştirakçıları qarşısında çıxış edərək əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində son illər ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunlardan və Dövlət Proqramınlardan söz açaraq tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Azərbaycan Səhiyyə İşçilər Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova bildirib ki, Azərbaycan Həmkarlar Konfedirasiyasına üzv təşkilatı olan Azərbaycan səhiyyə işçiləri həmkarlar ittifaqı Sağlamlığa doğru qaç adlı layihəsini həyata keçirməkdə məqsədi üzvülərimizin sağlamlığının qorunması, asudə vaxtın səmərəli təşkili və eyni zamanda idmanla məşğul olaraq fiziki aktivliyi artırarmaq və birlikdə həmrəy olaraq gücümüzü artırmaqdır. “Sağlamlığa Doğru Qaç!” adlı ilk yarışa Hacıqabul rayon Səhiyyə İşçilər Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri ilə bərabər Salyan, Şirvan, Neftçala, Saatlı, Sabirabad və Kürdəmir rayon həmkar üzvləri olmaqla 230 nəfərə yaxın iştirakçı qatılıb. Qeyd edək ki, 17 iyun Tibb İşçilərinin Peşə Bayramına həsr edilmiş “Sağlamllğa Doğru Qaç!” layihəsi tibb işçilərinin fiziki sağlamlığının təşviq edilməsi, asudə vaxtının səmərəli təşkili və həmkarlar arasında birliyi gücləndirmək, həm idman etmək, həm də yeni dostlar qazanmaqdır. Növbəti mərhələ yarışları Ağcabədi, Mingəçevir, Lənkəran, Gəncə, Qusar, Şamaxı rayonları, Naxçıvan, Bakı və Xankəndi şəhərləri. Bundan əlavə I, II, III yerlərin qalibləri mükafatlandırılaraq, Xankəndi şəhərində-final yarışına qatılmaq imkanı əldə edəcək. Sonda tədbirə qatılan yarışmaçılara medallar və müxtəlif xatirə hədiyyələri verilib.

