Xəlil Rza Ulutürk,Nəriman Həsənzadə və həyat yoldaşları

Tarix
Xəlil Rza Ulutürk, həyat yoldaşı Firəngiz xanım (ayaq üstə dayanan), Nəriman Həsənzadə və həyat yoldaşı Sara xanım.
1991-ci ilin sonlarında Xəlil Rzanın oğlu Təbriz könüllü olaraq cəbhəyə yola düşür. Cəsur döyüşçü kimi tanınan Təbriz Xəlilbəyli Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə dəfələrlə qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətlərinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülür. Təbriz Xəlilbəyli 1992-ci il, yanvar 31-də baş verən döyüşdə şəhid olur. Firəngiz xanım son müsahibələrinin birində oğlu haqda deyir: “Təbriz elə uşaqlıqdan vətənpərvər ab-havada böyümüşdü. Evdə həmişə qılınc-qılınc oynayırdılar. Bir gün çağırış vərəqəsi gəldi. Ailədə heç kim ona deyə bilməzdi ki, getmə. Bu barədə bizdə söhbət belə gedə bilməzdi. Təbriz getdi müharibəyə. Qayıtmadı (susur). Xəlil ondan sonra qaşqabaqlı gəzib-dolanırdı, amma istəmirdi ki, ağrısını büruzə versin, ya biz nəsə hiss edək. Həmişə deyirdi ki, Təbriz balam vətən uğrunda getdi, atasının amalını yerinə yetirdi”.
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏT OQLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir