Ərdoğan: ölkəsini küçə terroruna təslim etmək istəmir

Dünya

“Qardaşla qardaşın arasını vurmaq üçün oyun oynadılar. Ünvan kimi küçəni göstərdilər”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə iftarda ölkədəki son proseslərdən danışarkən bildirib.

“Gərginliyi artırdılar, gənclər arasında nifrət toxumu səpdilər. Gənclərimizi bir-birinə qarşı qoydular”, – o qeyd edib.

Ərdoğan, həmçinin gənclərə səslənib: “Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik, çox-çox diqqətli olun. Bu ölkə küçələrdə qurulmayıb. Küçələrdə terror törədənlərin getməyə yerləri yoxdur. Onların getdiyi yol dalana dirənir”.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir