Belarus Azərbaycan millisini məğlub etdi

İdman

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

 Masazırdakı “Bank Respublika Arena”da keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) yığmamızın qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu – 0:3.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir