Azərbaycan müxalifətinin üzvləri sosial şəbəkələrdə çox fəaldırlar

Siyasət
Azərbaycan müxalifətinin üzvləri sosial şəbəkələrdə çox fəaldırlar, bu üzdən də hər dəfə statusları izləmək istəyəndə qarşıma yalnız və yalnız onların yazıları çıxırdı və bu da məyusluğuma səbəb olurdu.
Çünki həmin statuslardan belə təəssürat yaranırdı ki, Azərbaycan xalqının intellektual səviyyəsi arzu edilən səviyyədə deyil. Amma elə deyilmiş. Son günlər statuslara daha çox vaxt ayırmağa başladım və məsələnin heç də elə olmadığını, ağıllı ziyalılarımızın heç də az olmadığını gördüm. İndi tam qətiyyətlə deyə bilərəm ki, millətimiz hazırda dünyada baş verən keşməkeşli prosselərin burulğanında batıb getməyəcək, əksinə, millət olaraq, Türkiyə ilə birlikdə özümüzə daha yüksək bir mövqe qazana biləcəyik.
Artıq hər kəs Yeni Dünya düzəninin qurulmaqda olduğunu tam mənası ilə dərk edir. “Əski dünya” ilə “Yeni dünya” arasında mübarizə getdiyini, Rusiya-Ukrayna, eləcə də yəhudi-müsəlman savavaşının da məhz bu mübarizənin tərkib hissəsi olduğunu da artıq hər kəs başa düşür.
Türkiyədə şahidi olduğumuz Yeni Osmançılıq-kamalizm qarşıdurmasına da eyni prizmadan baxmamız lazımdır. Bu qarşıdurmada kamalizm “Əski dünya”nı, Yeni osmançılıq və Turançılıq “Yeni dünya”nı təmsil etməkdədir.
Müşahidələrim liberalizm dövrünün tədricən qapanmaqda olduğunu, dinlərin ön plana çıxmaqda olduğunu göstərir. Təsadüfi deyil ki, “demokratiyanın mərkəzi” Amerikada Tramp demokratlara və ümumilikdə liberalizmə müharibə elan edib və xristianlığı dövlətin əsas ideyası elan edib.
Fikir vermişsinizsə, son statuslarımda kamalizmin tarixin arxivinə göndərilmək ərəfəsində olduğunu, yəni bitdiyini tez-tez vurğulamışam. Əslində kamalizmin tabutuna ilk mismar AKP hakimiyyətə gəldiyi gün, ikinci mismar isə 2023-cü ilin 29 oktyabrında çalınmışdır.
2023-cü ilin 29 oktyabrında nə baş verdi?
Həmin gün, cümhuriyyətin 100 illiyinin qutlanması sırasında Prezident sarayında digər bayraqlarla yanaşı ilk dəfə qara bayraq da dikildi. Həmin qara bayraq, əslində, kamalizmin bitişini və Yeni Osmançılığın başlanğıcını simvolizə etməkdə idi.
Qara bayrağın anlamını iki formada izah etmək isəyirəm. Birinci izahım ateist türkçülər, ikincisi isə iman sahibi olan müsəlmanlar üçün olacaq.
Ateist türkçülərə ünvanlanmış I izahım:
Sultan Səlim Suriyanı, onun üzərindən yürüyərək Qüdsü, ardınca da Misiri ələ keçimək üçün başladığı və uğur qazandığı möhtəşəm səfərində qara bayraq ucaltmış, qələbələrini də məhz bu bayraq altında qazanmışdı.
Prezident sarayında qara bayrağın da yer alması qarşıdakı ilk hədəfin Suriya olduğuna işarə idi. Nəticə göz qabağındadır.
——————–
İman sahibi müsəlmalar üçün olan II izahım:
Sevimli Peyğəmbərimiz (s) hədislərində qarabayraqlıların çıxacağını və onların Mehdinin (ə) yolunu təmizləyəcəklərini bildirmişdir. Eyni zamanda onların bəni-əsfər (sarı irq, yəni ruslar) və sarıbayraqlılar (İran SEPAH-ı, Hizbullah və PYD-YPG) üzərində qələbə qazanacaqlarını və bundan sonra Qüdsə yürüyəcəklərini müjdələmişdir. Türkiyədə qara bayraq olayının, ardınca da bir vaxt qara bayraq altında savaşmış Əş-Şaraa (Colani) və silahdaşlarının rusları, farsları və Hizbullahı Suriyadan iti qovan kimi qovmasının, Suriyaya sahib olmasının, Suriya bayrağındakı zolaqlardan birini qara rənglə əvəz etdiyinin şahidi olduq.
Əş-Şarra mübarizəsinin başında nə demişdi? Demişdi ki, ilk məqsədimiz Suriyanı, ondan sonra isə Qüdsü azad etməkdir. İsrailin narahatçılığının əsl cəbəbi də məhz budur.
Yadınıza salıram, Sultan Səlim Qüdsü, ardınca da Misiri tutduqdan sonra xəlifə elan edilmişdi və Osmanlı dövləti də imperiyadan İslam Xilafətinə çevrilmişdi.
Baxın, dostlar, 2023-cü il 29 oktyabr tarixində Yeni Osmançılıq, yəni İslam Xilafətinin bərpası, başqa sözlə, Mehdiyyat Hərəkatı başlanışdır.
———–
İzahlarımı bitirdikdən sonra bir daha bildirirəm, kamalistlərin qələbə şansı yoxdur. Onlar “Əski dünya”nı təmsil edirlər və 2023-cü ilin 29 oktyabrında onların tabutuna 2-ci, Suriya inqilabının qələbəsindən sonra 3-cü mismar çalınmıdır.
Qarşıda Qüdsün və Fələstinin azad edilməsi var. Bu, Türkiyə üçün şərəf məsələdir. Çünki kamalizmin əsasını qoyan Mustafa Kamal Fələstin cəbhəsində 60-70 min müsəlman türkü ingilislərə əsir vermiş, Fələstindən geri çəkilmişdi. Onun yunanlara hədiyyə etdiyi adaların, ingilislərə hədiyyə etdiyi Mosul və Kərkükün də azad edilməsi bütün Türk-İslam dünyasının şərəf məsələsidir.
Zəngəzur və İrəvanın düşməndən azad edilməsi Türk-İslam dünyasının şərəf məsələsidir!!!
Güney Azərbaycanın fars-şiə rejiminin zülmündən qurtarılması Türk-İslam dünyasının şərəf məsələsidir!!!
Şərqi Türküstanın Çin işğalından azad edilməsi Türk-İslam dünyasının şərəf məsələsidir!!!
Kəşmirin hind işğalından və ümumilikdə Hindistanlı müsəlmanların hinduist zülmündən azad edilməsi Türk-İslam dünyasının şərəf məsələsidir!!!
Amalımız qızıl alma, yolumuz Türk-İslam yoludur…
MUASİRMEDİA.AZ
BƏXTİYAR TUNCAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir