CHP 24 milyon tərəfdarından 9 milyonunu itirdi

Siyasət
Artıq tam əminliklə deyə bilərik ki, CHP parçalandı. Kılıcdaroğlu və Mənsur Yavaş tərəfdarları ilə Özgür Özər və Əkrəm İmamoğlu tərfdarları arasında başlayan hüquq savaşı böyük, təmiri mümkün olmayan çat yaratdı. Çatın böyük tərəfi Özər-İmamoğlu qruplaşmasının əlində qaldı (təqribən 15 milyon tərəfdar), Kılıcdaroğlu-Yavaş qruplaşmasına isə kiçik tərəf qismət oldu (təqribən 9 milyon tərəfdar).
Bu o deməkdir ki, CHP 24 milyon tərəfdarından 9 milyonunu itirdi. Kılıcdaroğlunun siyasətdən gedəcəyini düşünürəm. İndiyə qədər onun əmri ilə hərəkət edən ələvi icmasının hansı partiyaya keçəcəyini söyləməkdə isə çətinlik çəkirəm. Bunun MHP ola biləcəyini ehtimal edirəm. Yavaş tərəfdarı olan milliyyətçi kəsimin hara üz tutacağını da öngörmək çətindir. Ola bilsin ki, bir hissəsi təkrar MHP-yə üz tutsun, bir qismi isə AKP-nin gələcək seçicilərinin sıralarında yer alsın. Ehtimal ki, yeni yaranan, hələ çox zəif olan Zəfər partiyasına könül verənlər də olacaq. Tərəfdarlarının tutumu, əlbəttə ki, daha çox Mənsur Yavaşın seçimindən asılı olacaq. MHP-yəmi qayıdacaq, AKP-yəmi keçəcək, demək çətindir. Heç önəmli də deyil. Önəmli olan odur ki, CHP-də baş verən zəlzələ Cümhur İttifaqının, başqa sözlə, AKP-MHP ittifaqının işinə yaradı.
Kütləvi mitinqlərə gəlincə isə, onların bir çarəsi, əlbəttə ki, tapılacaq…
Ehtimal ki, CHP rəhbərliyinin özü onları sonlandırsın. Çünki Özgür Özərin əsil hədəfi əslində Ərdoğan deyildi. Kılıcdaroğlu və Mənsur Yavaş idi, onlar üzərində də qələbə çaldı. Təkcə onlar üzərindəmi? Əslində həm də daha böyük rəqib gördüyü İmamoğlunu da neytrallaşdırmağı bacardı. Onu da hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlayan Yavaş və Kılıcdaroğlu tərəfdarlarının əli ilə zindana göndərməklə neytarllaşdırdı.
Yox, İmamoğlunu hələlik əlində bayraq etməkdə davam edəcək. Vaxtı gələndə isə lazımsız əşya kimi bir tərəf atacaq.
Siyasət murdar şeydir..
.MUASİRMEDİA.AZ
BƏXTİYAR TUNCAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir