Hazırda Türk-İslam dünyasının bütün düşmənlərinin inanılmaz ağız və əl birliyi ilə Türkiyəyə, ilk növbədə də iqtirdardakı AKP-yə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı şər və böhtan kampaniyasına başladıqlarının şahidiyik. Ən əsas ittiham isə odur ki, guya Rəcəb Tayyib Ərdoğan diktatordur və guya növbəti seçkilərdə əsas rəqibi olması gözlənilən İmamoğlunu prokurorluğun əli ilə zərəsizləşdirməyə çalışır.
Əvvəla, seçkilərə hələ iki il yarım vaxt var və belə bir addımın atılmasına qətiyyən heç bir ehtiyac yoxdur.
İkincisi, Türkiyə demokratik ölkədir və bu ölkədə prezidentin hüquq-mühafizə orqanlarına göstəriş vermək, onların işinə birbaşa müdaxilə etmək hüququ yoxdur. Olsaydı, əminəm ki, İmamoğlunun tutuqlanmasına imkan verməzdi, çünki ona ölkədə qeyri-sabitliyin yaranması qətiyyən lazım deyil.
Üçüncüsü, prokurorluğun İmamoğluya qarşı cinayət işi açmasının əsil səbəbi Mənsur Yavaş tərəfdarlarının, yəni elə CHP-lilərin özlərinin mətbuata sızdırdıqları konkret cinayət faktlarıdır. Onların içərisində korrupsiya, xarici kəşfiyyat orqanları ilə işbirliyi və terror təşkilatı ilə əlaqələr və gizli əməkdaşlıq faktları da yer almaqdadır. Təkrar edirəm bu faktları mətbuata məhz İmamoğluna rəqib olan Mənsur Yavaşın tərəfdarları, yəni CHP-lilərin özləri sızdırmışlar. Məqsəd də növbəti prezident seçkilərində CHP-nin namizədinin İmamoğlu deyil, Mənsur Yavaşın olmasına nail olmaq olub.
Dördüncüsü, cənab Ərdoğanı diktatorluqda suçlayaraq ona qara yaxmağa çalışanlar bilməlidirlər ki, Türkiyədə gerçək demokratiya məhz hazırki prezidentin vaxtında bərqərar olub. Sübut?
a) AKP-nin hakimiyyətə gəlişinə qədər hicablı qadınların Universitetlərdə təhsil alması, dövlət işlərində çalışması, ümumiyyətlə dövlət idarələrinə daxil olması, Parlament və bələdiyyələrə seçilməsi qadağan idi. Onların hüquq və azadlıqları vəhşicəsinə pozulurdu. İndi bu iyrənc qadağalar aradan götürülüb.
b) AKP hakimiyyətindən öncə kürdlərin özlərini “kürd” adlandırması, ana dilində danışması yasaq idi və buna görə bəzən cinayət işi də açırdılar. İndi Türkiyədə yaşayan bütün xalqlar ana dilində danışmaq, kitab və qəzet dərc etdirmək, TV kanalları açmaq hüququna sahib olublar.
Bu kimi faktların sayı çoxdur.
Beşincisi, AKP-nin fahişəxana və qumarxanaları bağlaması (Türkiyədəki bütün fahişəxana və qumarxanalar Kipr Türk Cümhuriyyətinə köçüblər), spirtli içki satışına məhdudiyyətlər gətirməsi (Hazırda Türkiyədə spirtli içkilər yalnız xüsusi dükanlarda satılır) kamalistləri (ələviləri, ateistləri,xristian yunan və erməniləri, eləcə də yəhudiləri) ciddi narahat edir. Onlar əski günlərin həsrətindədirlər. Yəni AKP-yə ən şiddətlə müxalifət edənlər fahişələr (azad seks tərfdarı olan ateist, xristian və yəhudi mənşəli Türkiyə vətəndaşları), fahişələrin xidmətindən məhrum olan oğraşlar, işki düşkünü ələvi, xristian, yəhudi və ateistlər, eləcə də LGBT tərəfdarı olan homoseksualist və lezbiyanlardır. Təbii ki, iqtisadi çətinliklərdən şikayətçi olan xalq kütlələri də yox deyil. Fəqət onlar rejimə və dövlətə düşmən deyillər.
Altıncası, Türkiyənin sürətli inkişafından narahat olan xarici kəşfiyyata işləyən satqınların rolunu da unutmamalıyıq. Turan və Yeni Osmançılıq istiqamətıərində atılan möhtəşəm addımlar bütün düşmənləri Türkiyəyə və Ərdoğana qarşı birləşməyə sövq edir.
Nə olacaq?
Azərbaycandakı “Məhsul” stadionu aksiyalarından sonra nə olmuşdusa, o da olacaq. Heç nə!!!
Ayın 23-də İstanbulda böyük mitinq gözlənilir. Çıxacaqlar, danışacaqlar, bir neçə gündən sonra dağılışacaqlar. Əlbəttə, xarici kəşfiyyat nümayəndələri kütlənin bir hissəsini dövlət çevrilişinə sövq edə bilər və mütləq də edəcək. Amma Türkiyə böyük dövlətdir və bu kimi problemləri həll etmək gücündədir.
Son olaraq onu deyim ki üzümzə gələn günlərdə şahidi olacağımız mitinq və küçə yürüşləri Türkiyənin önündə böyük bir əngələ çevrilmiş, onun onillər ərzində inkişafını önləmiş kamalizmin son çırpınışı olacaq. Kamalizm artıq tarixin arxivinə gömülmək ətəfəsindədir. Hazırda Türkiyə supergüc və superdövlət olmanın doğuş ağrılarını çəkir. Doğuş ağrıları isə doğuşdan sonra mütləq kəsilir…MM.AZ