Hər gün ən azı 2-3 litr su için, duzdanda az istifadə edin. Müasir Tibbin Müasir Tövsiyəsi.
Sudan danışmazdan əvvəl ilk Duz-dan danışmaq istəyirəm ki, müasir tibb insanlara qətiyyətlə duzdan maksimum az istifadə etməyi tövsiyə edir. Və iddia edir ki, ürək xəstəliklərinin çoxu bu səbəbdən yaranmaqdadır.
Halbuki, islam dini yeməyi duz ilə başlayıb, duz ilə bitirməyi tövsiyə edir. Əslində müasir tibb bir tərəfdən həm düz deyir, bir tərəfdən isə səhv. Çünki, zavodlarda rafinə olunmuş duz əlbəttə heç bir faydası yoxdur, əksinə zərərlidir. Amma söhbət təmiz qaya duzu vəya dəniz duzundan gedirsə bu bədəni ən güclü şəkildə qoruma altına alan maddədir. Ümumiyyətlə duz bədəndə ən sürətlə əmilən və bədəni qızdıran qeyri-üzvi komponentdir. Zavodlarda rafinə edilir və zənn edilir ki, nəuzibillah duza yod qatmaq Allahın yadından çıxmışdır.
Gələk indi isə suya.
Əvvəla əzizlər hər insanın bədəninin su ehtiyacı onun irsinə, yaşına, coğrafi mövqeyinə, gündəlik həyat tərzinə görə dəyişir. Təsəvvürünüzdə bir nəm yer, birde quru yer canlandırın. Sizcə mikrob, infeksiya hansında sürətlə inkişaf edər ? Təbii ki, birmənalı olaraq hər-kəs nəmişli yer cavabını verəcək. İnsan bədənində də nəm-in artması səbəb olar ki, infeksiya və mikrob sürətlə inkişaf etsin. Hansı ki, bədənin rütubəti əsasən uşaqlarda çox olur. Ona görə uşaqlarda bronxial və asmatik xəstəliklər, bağırsaq və baş xəstəlikləri əksərən çox rast gəlinir.
Niyəə?
Çünki, bağırsaq, ağciyər və beyin rütubətli orqanlardır və bədəndə rütubətin artması bu orqanları sıradan çıxarır və zəiflədir. Bu çox uzun mövzudur, amma çalışıram maksimum qısaldım.
Söhbət əgər təmiz, saf sudan gedirsə əlbəttə ki, insan bədəni üçün ən önəmli yaradılışlardan biridir. Bunu daha dərindən anlamaq üçün gərəkdir ki, azda olsa mizacşünaslıq elmindən oxuyasınız. İbni-Sina mizaca Temprament deyə toxunubdur. Hətta günün müəyyən vaxtlarıda burda rol oynayır. Misalçün günorta quruluq artır, amma axşam rütubət daha çox olur. Necəki mən özümdə daxil şahidi olmuşuq oruc olanda insan günorta susayır, amma iftarda uje günortaki qədər susuzluq olmur. Səbəb isə iftar axşam vaxtı edildiyi üçün, axşamında mizacı nəm, rütubətli olduğu üçün insan bədəni günorta tələb etdiyi suyu, axşam etmir. Çünki, axşam havada nəm artıb və bədənin quruluğu azalmış, belə olan təqdirdə susuzluq, yəni su ehtiyacıda azalmışdır. İnsan bədəni nə çox quru, nədə çox nəm olmamalıdır. Və bunu tarazlayacaq faktor bu deyil ki, durub hamı gündə ən azı 2 litr su içməlidir tövsiyəsi edilsin. Ümumiyyətlə uşaqlarda rütubət çox olur deyə çalışın uşağa çox su içirməyin. Suyun əvəzinə yaxşı olar ilıq suya azca, yəni mətbəx təbiri ilə desək 1-çimdik təmiz dəniz duzu və 1-2 qaşıb doşab qatıb verin su əvəzinə sok kimi içsin. Belə olan halda nə qədər içsədə uşaqda su yerinə qan daha çoxalacaq və buda enerjinin artmasına, inkişafın sürətlənməsinə kömək edəcək. Zamanla görəcəksiz ki, həmyaşıdları xəstələnib dərsdən qalsada övladınız hər zaman eyni enerjide qalacaqdır.
Çox tərləyən kök insanların bədənində rütubət normadan çox olduğu üçün çox tərləyir. Bədən tərləməklə özündə olan suyun bir qismini çölə atan insana necə deyə bilərik ki, gündə 2-3 litr su iç? Hansıki bədən gündə 2-3 litr tərliyir ki, bədənin yüksək rütubəti düşsün. Xəstələnəndədə tərləməyin bir məntiqidə bədəndə rütubətin azalmasıdır ki, bədən quruduqda bədənin yoluxmuş olduğu infeksiya, mikrob gücünü itirir. Çünki, mövzunun əvvəlində vurğuladığımız kimi həddindən artıq nəm mühit mikrob və infeksiya inkişafına təkan verir.
Mizacşünaslıq dərin və çox maraqlı elmdir.
İnşəAllah qismət olsa zaman-zaman paylaşacam bu kimi maraqlı məqalələr. Mən özümdə öyrənirəm çünki, maraqlı gəlir mənə. Mütəxəssis deyiləm və bu fikirlərdə şəxsi fikrim yox, bu elmdə can qoymuş böyük şəxsiyyətlərin, onlardanda əlavə İbni-Sina və İslam elminə dayanır.
MUASİRMEDİA.AZ