Tbilisi: M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Leyla Əliyevanın doğum günüdür

Mədəniyyət
Bu gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, dəyərli ziyalı Leyla xanım Əliyevanın doğum günüdür.
Mən, həm öz adımdan, həm də rəhbərlik elədiyim Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi adından, mədəniyyətimizin etibarlı qoruyucusu, Gürcüstan – Azərbaycan mədəni əlaqələrinin inkişafı yönündə güc və bacarığını heç zaman əsirgəməyən, tanınmış mədəniyyət xadimi, GAK-ın yaxın dostu, gözəl ana, sevimli nənə olan Leyla xanımı ürəkdən təbrik edirəm!
Ona cansağlığı, ailə səadəti, fəaliyyətində uğurlar, könül xoşluqları arzulayıram!
İnanıram ki, dəyərli Leyla xanım bundan sonra da öz səmərəli fəaliyyəti ilə mədəniyyət sahəsində çalışan cənclərimizə örnək olaraq göstəriləcəkdir.
Bir daha təbrik edirəm, hörmətli Leyla xanım!
Yeni yaşınız mübarək!

 MUASİRMEDİA.AZ

Hörmətlə:
Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir