1. MADDİ VARLIĞIN YARANMASI.
Yaranış haqda düşüncələr fəlsəfə elminin meydana gəlməsinə səbəb olmuşdur. Bu düşüncələr maddi varlıqla canlı varlığın necə yaranmalarınin izahından ibarət olub yaranışın fəlsəfəsi adlanır. Maddi varlığın bir hissəsi olan insan cəmiyyəti insanın yaranmasından sonra meydana gəlmişdir. İnsan özü də maddi varlıq daxilində maddi varlıqdan sonra yaranmışdır. İnsan cəmiyyətinin də daxil olduğu varlığın yaranma prosesini elmi cəhətdən öyrənməyin bir çox tarixi dəyişikliklərin mahiyyətini üzə çıxarmaqda müstəsna əhəmiyyəti var. Məlumdur ki, fəzada gözə görünməyən ən xırda müxtəlif qüvvəli hissəciklərin bir-birini cəzb etməsi və bu minvalla böyüyüb artması nəticəsində gözə görünən böyük kütlə yaranmışdır. Sonradan bu kütlə parçalanmış və fəzada müxtəlif sayda kütlələr əmələ gəlmişdir.
Beləliklə, son tədqiqatlara görə,12-16 milyard il ərzində kainat yaranmışdır. Müxtəlif qüvvəli hissəciklərin bir-birini cəzb etməsi ilə kütlənin əmələ gəlməsi və maddi varlığın yaranması prosesinin mexanizmini elmi cəhətdən araşdırdıqda görürük ki,hər bir tam (bütöv) xırdalara bölünür və xirdalarin birləşməsindən də tam yaranır. Fiziklər də müəyyən etmişlər ki, maddə molekollardan, molekollar atomlardan, atomlar nüvə və elektronlardan ibarətdir. Atomlari təşkil edən nüvə və elektronların özləri də xırda hissəciklərdən təşkil olunmuşlar. O cümlədən nüvə proton və neytronlara, proton və neytronlar kvarklata,elektronlar isə fotonlara ayrılır. Yəni yuxarıdakı təfsilat üzrə tam bir maddəni təşkil edən bu hissəciklər ən xırda hissəciklərin (kvarklarin, fotonlarin) birləşməsindən başlamaqla maddəni yaradırlar. Bəs onların birləşməsini ilkin olaraq təşkil edən qüvvə varmı? Elm sübut etmişdir ki, ən xırda hissəciklərin birləşməsini təşkil edib onları yapışdıran qüvvələr var. Həmin qüvvələrdən biri-qravitonlar cəzbetməni, qluonllar isə yapışdırmani təmin edirlər. Onda qraviton və qluonllar haradan peyda olurlar?
Ən xırda hissəciklər olan kvarklarin və fotonlarin yaranma mənbələri məlumdur. Beləki onlər proton, neytron və elektronların parçalanması zamanı meydana gəlirlər. Qraviton və qluonllarin isə mənbəyi məlum deyil. Deməli qraviton və qluonllar kainatdan kənarda olan müəyyən bir mənbədən çıxmaqla yaranışda iştirak edirlər. Qraviton və qluonllar digər hissəciklər kimi (proton, neytron və elektronlar) gözəgörünməzdirlər. Dini mənbələrdə malayiklər adı altında gözəgörünməyən qüvvələrdən ( məsələn, Əzrail və Cəbrayıldan ) bəhs edilir. Bunlarla qraviton və qluonllar arasında oxşarlıq var..
Qraviton və qluonllarin mənbəyinin məlum olmaması mənə belə bir fikir söyləməyə imkan verir ki, yaranışa qədər yaranışdan kənarda ( kosmik fəzada) yaranış üçün özündə enerji daşıyan bir qüvvə var. Sadəcə olaraq biz bu qüvvə haqqında əsaslı biliklərə malik olmadığımızdan onu dərk edə bilmirik. Lakin həmin qüvvə var olaraq mövcuddur. Bizim dərk edə bilmədiyimiz bu qüvvəyə insanlar tərəfindən Allah (Tanrı) adı verilmişdir. Elm adamları isə onu kosmik radiasiya adlandırırlar.
Odur ki, Allah bizim dərk edə bilmədiyimiz ilahi bir qüvvədir. O, zaman və məkanca dərk edimir. Yaranışa qədər yaranış üçün özündə enerji daşıyan və sonradan maddi varlığı yaradan, forması bizə məlum olmayan, gözlə görə bilmədiyimiz həmin qüvvə Allah (Tanrı) anlamının ifadəsidir. Deməli Allahın varlığı bu mənada etiraf edilir. Vahid Allaha inam dərhal yaranmamışdi. Bəşər cəmiyyətinin ilk inkişafı dövründə insanlar çoxAllahliga tapınmışlar.
2. CANLI VARLIĞIN YARANMASI
Maddi varlığın bir hissəsi olan yer kürəsi 4,6 milyard il bundan əvvələ qədər qaynar kürə şəklində olmuşdur və sonradan soyuq kütlə vəziyyətinə gəlmişdir. Çox uzun dövrlərdən sonra soyuq kütlə olan yer kürəsi canlı varlığın məkanına çevrilmişdir. Bəs bu necə baş vermişdir?
Ən qədim dövrlərdən bəri bu sual insanları ən çox düşündürən sual olmuşdur. Hələ Darvinə qədər kilsə və elm dairələri bitki və heyvan növlərinin mövcud olmaq üçün bir dəfə, xüsusi şəkildə yaradıldığını deyirdilər. Platon və Aristotel də bu fikirdə idi. Söz yox ki, yaranışla əlaqədar qədim filosoflar olan Platon və Aristotelin də, kilsənin də baxışları səhv idi.
19-əsrdə Darvin bu səhv baxışları düzəldib yeni elmi baxış ortaya qoymağa cəhd etdi. Lakin o da yaranış prosesini canlı aləmdə gedən təbii dəyişikliklər prosesilə əsassız olaraq eyniləşdirib cəfəng bir təkamül nəzəriyyəsini uydurdu. Hansı ki, yaranış prosesində baş verənlərlə təbiətdə baş verən dəyişiklik prosesləri mahiyyətcə tam fərqli idi. Daha doğrusu, maddi varlığın yaranması prosesi ilə canlı varlığın yaranması prosesi eyni izah edilə bilməzdi, o səbəbdən ki, bunlar fərqli proseslər idilər.
Darvin yaranışın başlangıcı olaraq DNT adlanan bir hüceyrənin iki eynicinsli hüceyrəyə bölünməsi ilə izah edirdi, bundan sonra yaranan bitki və heyvan növlərinin bioloji təkamül yolu ilə əmələ gəldiyini bildirməklə, həmin təkamülü təbii seçmənin (güclü zəifi sıradan çıxarır) nəticəsi hesab edirdi. Lakin Darvinin dövründən çox illər sonra elm sahəsində çoxlu nailiyyətlər əldə olundu və nəticə etibarilə canlı varlığın yaranışı aşağıdakı kimi izah edildi:
Darvinə görə yaranışın başlangıcı hesab edirlən ilk hüceyrə (DNT) makromolekoldur. DNT makromolekoldursa, deməli o, mikromolekollarin birləşməsindən yaranıb. O, bu mənada da yaranışın başlangıcı hesab edilə bilməz. Mikromolekollarin özləri də yaranış üçün başlanğıc deyil. Çünki fizikanin öyrətdiyi kimi, maddənin yaranması atomların yaranmasına səbəb olan xırda hissəciklərdən başlanır. Bu proses molekollarin yaranmasına səbəb olur və molekollarin birləşməsindən makromolekol hesab edilən DNT yaranır. Canlı xromosomlar olan DNT ilk hüceyrəni yaradır. Bu mənada da DNT xromosomlardan ibarət olan ilk hüceyrənin adidir.
Deməli DNT adlanan hüceyrə bölünəndir.
O, bölünən zaman onu təşkil edən xromosomlara ayrılmış olar. Darvin isə səhv edərək bu hüceyrənin iki eynicinsli hüceyrəyə ayrıldığını deyirdi. Halbuki hüceyrə xromosomlardan ibarətdirsə, o xromosomlara ayrılar. Çünki nə nədən ibarətdirsə, o ibarət olduğuna da ayrılır və birləşdikdə özünü yaradır.
Hüceyrənin (DNT) yaranması oksigen olmadığı şəraitdə baş vermişdir. Oksigenin olduğu şəraitdə DNT yarana bilməzdi, o dəqiqə oksidləşərdi. Deməli DNT yer kürəsi qaynar kürə olmaqdan qurtardıqdan və soyuduqdan sonra kosmik radiasiyanın (hansı ki, onu Allah adlandırırıq) təsiri ilə hələ oksigen və ozon qatı olmayan vaxtda meydana gəlib. Hansı ki, yerdə o zaman oksigen yox idi, digər kimyəvi maddələrin formalaşdırdığı xüsusi kimyəvi mühit var idi. Həmin kimyəvi mühit şəraitində kosmik radiasiyanın təsiri nəticəsində yaranış prosesi başlanmışdı, mikromolekollasma və daha sonra makromolekollasma baş vermişdi.
Makromolekollasma mərhələsində (yəni DNT- nin yaranması mərhələsində) yaranmış ilk canlı hüceyrə (DNT) mövcud olduğu şəraitin daxilində gedən proses nəticəsində iki eynicinsli xromosoma ayrıldı. Ayrılmış xromosomların müəyyən kimyəvi şəraitdə təkrar reaksiya və təsirlərə məruz qalması nəticəsində bitki canlı aləmi meydana gəldi. Bitkilər yarandıqdan sonra onların fotosintezi nəticəsində oksigen ortaya çıxdı. Oksigen ortaya çıxdıqdan sonra yer kürəsini kosmik radiasiyadan qoruyan ozon qatı örtdü. Əvvəlkindən fərqli olan yeni biokimyəvi mühit yarandı. Yaranmış yeni mühit şəraitində DNT-nin bölünməsi zamanı əvvəlki kimi iki eynicinsli xromosom deyil, iki müxtəlif cinsli xromosom yarandı. Əvvəllər oksigen olmayan mühitdə meydana gələn DNT (ilk canlı hüceyrə) yeni yaranan biokimyəvi mühit şəraitində bölündükcə bölündü və uzun zamandan sonra belə təkhuceyrəli orqanizmlər birləşərək çoxhüceyrəli, mürəkkəb orqanizmlər əmələ gətirdi. Oksigen sayəsində ciyərlərlə nəfəs alan canlılar meydana gəldi. Oksigenin hidrogenlə birləşməsindən su yarandı. Canlıların bir qismi suda,bir qismi quruda yaşamağa uyğunlaşdılar.
Canlılardakı müxtəliflik yaranış zamanı hüceyrə xromosomlarınin parçalanma və birləşmə proseslərində təzahür edən hallarla bağlı idi. Muxtəlifliyin digər səbəbi isə təbiətin təsiri ilə bağlı olmuşdur. Təbii şəraitə uyğun flora və fauna yaranmışdır. 3-5 milyon il bundan əvvəl yaranan insanlara isə təbiətin təsiri irqlərin yaranması ilə nəticələnmişdir.
Qadın və kişi cinsi yaranışı isə hüceyrə xromosomlarında gedən prosesin nəticəsidir. Təbii halda gedən bu proses sonra döldə başvermə ilə əvəzlənmişdir.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ