Qaçaq Tavat xanım haqqında

Tarix
Nigar qeyrətli, Həcər hünərli qadın – Kişi Tavat (Qaçaq Tavat). O, qardaşlarının və nişanlısının qisasını belə almışdı…
Tavat Hümbətova 1898-cı ildə (bəzi mənbələrə görə 1897-ci ildə) Yelizavetpol quberniyasının, Zəngəzur qəzasında böyük ad-san qazanmış Harallı Kərbalayı Məmmədin ailəsində dünyaya göz açıb. Onun Vətənə layiq övlad, qəhrəman qadın kimi yetişməsində atasının çox böyük rolu olub. Dövrünün bir çox elmlərini mənimsəmiş, ərəb və fars dillərini mükəmməl öyrənmiş Kərbalayı Məmməd ömrünün yarısını qaçqınlıqda keçirib. O, Azərbaycanın el qəhrəmanı Qaçaq Nəbi ilə də yaxın dost olub. Məmməd kişi qaçaq dostuna və onun tərəfdarlarına gizli dəstək verib. Kərbalayı Məmmədin Tavat adlı qızı ilə yanaşı, Həsən və Həsənalı adlı iki oğlu da olub. Mənbələrdə hər iki oğulun mübariz, vətənpər insan olduqları qeyd edilir. Tavat Hümbətovanın dünyaya gəldiyi Haral kəndi isə erməni sakinlərin çoxluq təşkil etdiyi Xozabird kəndi qonşu idi…
* * * * * * *
Məkrli niyyətlərinə nail olmağa çalışan ermənilər Ermənistanla Dağlıq Qarabağın sərhədlərini biri-birinə yaxınlaşdırmaq üçün Xozabirddən sərhəd dirəklərini çıxararaq Fərəcan kəndinin yaxınlığındakı Topağac deyilən yerdə basdırırlar. Tavatın qardaşı Həsənalı yaranmış vəziyyətlə bağlı müvafiq yerlərə məlumat verir. Bunun heyfini almaq istəyən ermənilər Məmməd kişinin oğullarına tələ qururlar. Həsən və Həsənalı Məmməd kişinin Xozabirddən olan erməni tanışı nalbənd Sərkisin evində öldürülür. Onlar qardaşları qətlə yetirməzdən əvvəl bellərinə qaynar samovar bağlayırlar. Sonra isə kürəklərinin bişmiş ətindən kəsib onlara yedizdirməyə çalışırlar. Buna nail ola bilmədikdə isə qardaşları ölənə kimi tikə-tikə doğrayırlar. Məmməd kişi və harallılar Həsənlə Həsənalının ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmələrindən bir neçə gün sonra xəbər tuturlar. Sakinlər günahsız həmkəndlilərinin qisasını alacaqlarına söz verirlər. Lakin Tavat onlara etiraz edir. O, özü qardaşlarının qisasını alacağına and içir. Qardaşların meyiti kəndə gətirilərək dəfn edilir. Tavat qardaşlarının dəfnindən sonra Qaçaq Nəbinin həyat yoldaşı olan Həcərin yanına gedirərək ondan xeyir-dua alır…
* * * * *
Tavat qardaşlarının qəbri üstündə and içdikdən sonra Xozabird kəndinin yaxınlığında – Topağacda pusqu qurur. Bir neçə gün sonra erməni Sərkis oğlu ilə birlikdə ərazidə görünür. Tavat əvvəlcə oğlunu, sonra isə Sərkisi öldürür. Onların harayına gələn erməniləri də güllələyən Tavat evinə – doğma kəndinə qayıdır. Atası Kərbəlayı Məmməd qızını həyətdə qarşılayaraq, alnından öpür. Ancaq ata çox yaxşı başa düşür ki, ermənilər onlara qarşı yeni qətliamlar törədəcəklər. Nəticədə iki kəndin sakinləri arasında növbəti qanlı mübarizə başlayacaq. Günahsız qanlar axacaq. Çox götür-qoy etdikdən sonra Məmməd kişi qızı ilə birlikdə kəndi tərk etmək qərarına gəlir.
* * * * * *
Atası ilə birlikdə kəndi tərk edən Tavat bir müddət gah Arazın o tayında, gah da bu tayında gizlənir. Müasirlərinin sözlərinə görə o, əyninə kişi libası geyir, belinə kəmər yerinə patrondaş bağlayar, çiynində tüfəng gəzirmiş. Köç vaxtı günlərini dağda-daşda keçirən cəsur qız, əli qardaşlarının qanına batmış, habelə azərbaycanlılara qarşı cinayətlər törətmiş bir çox erməni öldürür. Mənbələrdə Tavatın ailə qurmadığı bildirilir. Bununla yanaşı, qeyd olunur ki, zəhminə görə, onu yaxından tanıyan bəzi oğlanlar Tavata ürək aça bilmirlərmiş. Bəzi mənbələrdə isə (Mənbə: “Laçın yurdu” jurnalı, №3) Tavat Hümbətovanın nişanlısının toy ərəfəsində ermənilər tərəfindən öldürüldüyü də deyilir. Deyilənə görə, Tavat ermənilərin yaşadığı Dığ kəndinə hücum edərək nişanlısını öldürən Hamparsunu, dörd oğlunu və bu cinayətdə əli olan digər şəxslərin hamısını güllələyib. Bu qəhrəmanlığından sonra onu “Kişi Tavat” deyə çağırmağa başlayıblar…
* * * * * *
On ildən çox qaçaqlıqlıq həyatından sonra Tavat doğulduğu kəndə qayıdır. Sovet dövrünün hakimiyyət mənsubları ermənilərə qan uddurmuş qadına və onun atasına toxunmur. Əksinə, Qubada Səməd Ağamalı oğlunun savadsızlığı ləğv etmək üçün təşkil etdiyi məktəbdə təhsil alan Tavat Hümbətova ölkənin idarəetmə strukturlarında çalışmağa da müvəffəq olur.  MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU.
.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir