Göz açdım dünyaya sənin qoynunda, Haqq – sayın çoxdur mənim boynumda.
Xeyrində, şərində – hər bir anında İstərəm hər zaman yanında olum Mənim doğma kəndim, mənim Şorsulum! Harda olmuşamsa, səni anmışam, Özümə ən yaxın sirdaş sanmışam. Əgər yanmışamsa, sənə yanmışam. Səndən başlamışdır cığırım, yolum, Mənim doğma kəndim, mənim Şorsulum! Sən yuva, mən isə köçəri bir quş, Yuvadan başlayır ilk dəfə uçuş. De qoca dünyanı kim tutub durmuş?! Sən mənim qanadım, sən mənim qolum, Mənim doğma kəndim, mənim Şorsulum! Sənsən ana yurdum, elim, obam da, Qoynunda uyuyuyratam, babam da, Məni də qucarsan bir gün – son anda. Dünənim, bu günüm, sabahım, ulum, Mənim doğma kəndim, mənim Şorsulum!
MUASİRMEDİA.AZ
Seyran Cavadov “Azərbaycan” qəzetinin xüsusi müxbiri
