İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Siyasət

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Hörmətlə,

 

II Abdullah ibn Al Hüseyn

İordaniyanın Kralı