Milli İstiqlal Partiyasının Etibar Məmmədovu 70 illik yubileyidir

Cəmiyyət
Milli İstiqlal Partiyasının yaradıcısı və fəxri lideri, Azərbaycanın müasir siyasi tarixində önəmli rola malik olanlardan biri kimi Etibar Məmmədovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Etibar Məmmədov, Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri kimi, ölkənin müstəqillik uğrunda mübarizəsində mühüm rol oynamışdır. 1988-ci ildən başlayan hərəkatda onun şəxsi keyfiyyətləri və prinsipial mövqeyi xüsusilə seçilirdi.
O, Azərbaycan Milli İstiqlal Partiyasını (AMİP) yaradaraq, ölkədə çoxpartiyalı sistemin formalaşmasına dəyərli töhfə vermişdir.
Siyasətdə onun əsas xüsusiyyətlərindən biri həmişə açıq və prinsipial mövqe tutmasıdır. Populist siyasətdən uzaq olması, əqidəsinə sadiq qalması, şəxsi maraqlardan daha çox milli maraqları üstün tutması onu Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi fərqləndirir.
Bir daha yubiley münasibətilə Etibar Məmmədova möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıram! 
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir