Prezidentdən xalqa Ramazan bayramı təbriki

DIN

Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

“Əziz bacı və qardaşlarım!

Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!”.
MM.AZ