31 Mart erməni daşnaklarının etdikləri soyqırımdan 107 il ötür

Tarix
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; qətliam həyata keçirilmişdir.
Onu da diqqətinizə çatdırım ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Düşünürəm ki, Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsini hörmət ehtiramla yad edəcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir