Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə yazda çağırışla bağlı fərman imzalayıb.

Dünya

Xarici mətbuata istinadən   MUASİRMEDİA.AZ“2025-ci il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18-30 yaşlı Rusiya vətəndaşlarının 160 min nəfərdən ibarət hərbi xidmətə çağırılması həyata keçirilsin”-deyə, sərəncamda deyilir.

2024-cü ildə yaz hərbi xidmətə çağırış 150 min nəfər, 2023-cü ildə 147 min nəfər, 2022-ci ildə 134,5 min nəfər təşkil edib. Artım Putinin Rusiya ordusunun sayının tədricən artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idi. Üç il ərzində kadrların sayı 1,5 milyon nəfərə çatdırıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir