Sumqayıtda qaz kəsilib təmir-bərpa işləri aparılır

ölkə

Sumqayıt şəhəri, Xəzər bağları ərazisində “Şəhər-3” qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

“Azəriqaz”dan  verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.

Məlumata görə, Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir