Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək. Sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin götürmək və ya endirmək üçün avtobus zolaqlarından istifadəyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər. Bu barədə məlumatlar yrli saytlarda yayılıb və müzakirələrə yol açıb.
MM.AZ
