Azərbaycanı “Avroviziya 2025” mahnı müsabiqəsində təmsil edəcək “Mamagama” qrupu “Run With U” mahnısını yeni versiyada təqdim edib.
İfa yarışmanın rəsmi yutub səhifəsində yerləşdirilib.
Qeyd edək ki, “Mamagama” qrupu mayın 13-də birinci yarımfinalda səhnəyə 10-cu çıxacaq. Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.
Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. MUASİRMEDİA.AZ