Görkəmli şəxsiyyətlər-Polkovnik Nazim Qasımov babası Məşədi Gülqasım oğlu Qasımov

Baş səhifə

Görkəmli şəxsiyyətlər – Polkovnik Nazim Qasımovyn babası vətənpərvər, XEYRİYƏÇİ tacir məşədi islam məşədi Gülqasım oğlu Qasımov Neftçala rayonunda 1918-ci ildə erməni daşnak və bolşevik hərbi birləşmələrinə qarşı döyüşlərdə iştirak edib.
Erməni daşnak və bolşevik hərbi birləşmələri Neftçala rayonunda əhaliyə qarşı qırğınlar törədiblər. Böyük çətinliklərlə erməni daşnak hərbi birləşmələrini Neftçala rayonundan qovublar. Polkovnik Nazim Qasımovun ATASI, VƏTƏNPƏRVƏR, XEYİRXAH İNSAN, CƏSUR DÖYÜŞÇÜ Davud Qasımov 1941-ci ildən 1945-ci ilə qədər Alman nasistlərinə qarşı döyüşlərdə iştirak edib. Berlinin və Reyxstaqın alınmasında iştirak edib. SSRİ ordusunun nasist Almaniyası üzərində qələbə qazanmasına öz töhfəsini verib. Müharibədən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Dörd rayonda rayon xalq məhkəmələrinin sədri vəzifələrində işləyib. 50 ilə qədər ədliyyə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Dövlətin müxtəlif orden və medalları ilə mükafatlandırılıb. Ailəli olub. Beş övladı və doqquz nəvəsi var. Uşaqların tərbiyə almasında və ali təhsilli olmasında Davud Qasımovun həyat yoldaşı Qasımova Arifə İsmayıl qızının böyük xidməti olub. Övladlarının hamısı ali təhsil alıblar. Övladlarının hamısı dövlət orqanlarında xidmət ediblər. Davud Qasımov 1991-ci ildə dünyasını dəyişib. Qəbri Bakı şəhəri Köhnə Əhmədli qəbirstanlığındadır. Allah rəhmət eləsin! MƏKANI CƏNNƏT OLSUN. Həyat yoldaşı Qasımova Arifə İsmayıl qızı ilə birlikdə uyuyurlar.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir