Türkiyyədə bədbəxt qəza-olən və yaralananlar var

Dünya

Türkiyənin Sivas şəhərində sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Məlumatı Türkiyə mətbuatı yayıb.

Mətbuatda yayılan məlumata görə, avtobus Sivas-Ərzincan avtomobil yolunda İmranlı rayon mərkəzinə daxil olarkən aşıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürmə, xilasetmə qrupları və polis səfərbər edilib.

Yaralılar İmranlı Dövlət Xəstəxanasına çatdırılıb.
MM.AZ