1930-cu illərdə Almas İldırım “Dağlar səslənirkən” şeir məcmuəsini çap etdirir. Bu məcmuə senzuradan keçmir.
Nəticədə Almas İldırım Yazıçılar Birliyindən qovulur və Türkmənistana sürgün edilir. Türkmənistanda olduğu müddətdə o, Əkbər Ruhi tərəfindən izlənilir. Əkbər Ruhi müşahidələrindən gəldiyi nəticəni belə ifadə edir: “Almas İldırım ideolojimiz üçün təhlükəli insandır…”
Nəticədə Almas İldırım Yazıçılar Birliyindən qovulur və Türkmənistana sürgün edilir. Türkmənistanda olduğu müddətdə o, Əkbər Ruhi tərəfindən izlənilir. Əkbər Ruhi müşahidələrindən gəldiyi nəticəni belə ifadə edir: “Almas İldırım ideolojimiz üçün təhlükəli insandır…”
Maraqlı bir sual çıxır ortaya; Əkbər Ruhinin Almas İldırımla nə düşmənliyi var idi? Bu düşmənliyin kökü hardan başlayırdı?
Deməli, Almas İldırım gənclik illərində Humay adlı bir şairəni sevirmiş. Amma atası onların evlənməsinə mane olur. Humay xanım sonralar tənqidçi Əkbər Ruhi ilə evlənir. Ancaq Ruhi bilirdi ki, həyat yoldaşı Humay xanımla Almas İldırım bir zamanlar bir-birini sevib. Buna görə Əkbər Ruhi daima sovet mətbuatında Almas İldırıma qarşı əsaslı-əsassız ittiham səsləndirirdi. (Bu məlumatları, səhv etmirəmsə, tarixçi Dilqəm Əhmədin məqaləsindən oxumuşdum).
Ancaq Əkbər Ruhinin Almas İldırımla olan ədavətini yalnız bu məsələ ilə əlaqələndirmək olmaz. Çünki dövrünün qatı siyasəti, Mir Cəfər Bağırov dövrü Azərbaycanında ziyalıların yaşadığı faciələr, repressiyalar Əkbər Ruhi kimi əqidəsi zəif olan insanlar bu yollara vadar edirdi…
Əkbər Ruhi Almas İldırım haqqında yazır: “Bunlar Əhməd Cavad və Hüseyn Cavidin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədiylə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik… Cavad ədəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq oldu. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından atıldı. O, Cavadın qeyri-mətbu şeirlərinə nəzirələr yazdı”.
Qeyd edim ki, Humay xanım Azərbaycan Yazıçılar İttifaqının ilk qadın üzvüdür.
MM.AZ
MƏCİD RƏŞADƏTOĞLU