“Axırıncı aşırım” filminin əsas qəhrəmanı Abbasqulu bəy Şadlinski

Tarix
“Axırıncı aşırım” filminin əsas qəhrəmanı Abbasqulu bəy Şadlinski və silahdaşı Xəlil Mehdi oğlunun cənazəsi qarşısında Fəxri qarovul. Tarix: 10 mart, 1930-cu il. “Axırıncı aşırım” filmində olduğu kimi həyatda da bu şəxsiyyətlərin dəfni izdihamlı keçirilmiş, mərasimlə bağlı xüsusi komissiya da yaradılmışdı.
Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri olan Abbasqulu bəy Şadlinski (1886-1930) Fərman Kərimzadənin “Qarlı aşırım” əsərinin əsas qəhrəmanlarından biridir. 1971-ci ildə ekranlaşdırılan “Axırıncı aşırım” filmində onun obrazını görkəmli aktyor Həsən Məmmədov canlandırmışdır.
Filmdə Qəmlo Abbasqulu bəyi öldürdüyünə görə (həqiqətdə bu, belə deyil) Kərbəlayi tərəfindən Qəmlonun həyatına son qoyulur. Lakin bu səhnə senzuradan keçmir. Kərbəlayi qəhrəman kimi qələmə verilmiş hesab olunur və buna icazə verilmir. Rejissor Kamil Rüstəmbəyov bu səhnəni yenidən çəkir. Bu dəfə Qəmlonu Kərbəlayi deyil, Xudayarın qardaşı öldürür. Yeni versiyada Kərbəlayinin adamlarının birinin dilindən “Kərbəlayi Qəmlonu gəbərtdi” cümləsi də ilk çəkilişdən qalmadır..

.MM.AZ
MƏCİD RƏŞADƏTOÖLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir