Azər Qasımlının – Həbs müddəti uzadıldı

Cəmiyyət

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Qərar Yasamal Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətə uzadılıb.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir