Qazi Samir Rzayev doğulduğu Gəncə şəhərində dəfn edilib

Hadisə

Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.

Digər yaralı – 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir.

Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir