“Azərbaycanda nəzəri cəhətdən ateist olmaq mümkündür, praktik olaraq mümkün deyil. Səhər evdən çıxanda qonşu deyir, Allah səni qorusun, ay bala. Sən də qayıdırsan ki, Allah köməyin olsun, xala. Bir az gedirsən, biri deyir, Allah balanı saxlasın, sən də deyirsən ki, Allah bütün balaları qorusun. O deyir, inşallah. Sən deyirsən, inşallah. O deyir, maşallah, sən deyirsən, maşallah. O deyir, Ramazan bayramın mübarək. Sən deyirsən ki, bayramın mübarək.
Səhər evdən ateist kimi çıxırsan, axşam evə Allah adamı kimi qayıdırsan”.
MUASİRMEDİA.AZ
Kəramət Böyükçöl.