Əməkdar artist Vahid Əliyev xəstəxanaya yerləşdirilib

Səhiyyə

Əməkdar artist 4 gündür ki, sistemlər olunduğunu bildirib:

“Qar yağandan sonra soyuqladım və immunitetim zəiflədi. Təngnəfəslik yarandı və məcbur qalıb xəstəxanaya yerləşdim. Mütəmadi sistemlər olunur. Hələ bir müddət xəstəxanada qalmalı olacağam. Həkimlər deyir ki, tam sağalmamış səni buraxan deyilik. 2023-cü ildə açıq ürək əməliyyatı olunmuşdum. Onun fəsadları hələ də qalır. Bir yandan da yaşadığım stresslər məni lap haldan saldı. Məndən neçə il sonra sənətə gələnlər Xalq artistidir, amma mən hələ də halal haqqım olan zəhmətimin bəhrəsini dadmamışam. Aldığım təqaüd dərmanlarımın yarısını almağa bəs eləmir. Fikir, sıxıntı, səhnədən uzaqlaşmağım məni çökdürdü”.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir