Şərurlu İsfəndiyar öz övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib

Təhsil

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib. Açıqlaması ilə özünü və ailəsini ifşa edən “Şərurlu İsfəndiyar” övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib.

Onun dediyi sözlər müzakirələrə səbəb olub. Bu, çox ciddi qanun pozuntusu, cinayətdir. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir. Üstəlik, hüquqi araşdırma aparılmaldıır.

Ortaya maraqlı sual çıxır: İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub?

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir