Üzvü olduğum Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü keçirilib. Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək Bakı-Xızı-Şamaxı marşrutu üzrə davam edib. Sürücülər çətin keçilən yollarda öz bacarıqlarını nümayiş etdirib, digər iştirakçılar isə adrenalin dolu anlar yaşayıblar.
Qeyd edim ki, AAF avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, “Offroad” sahəsini də mütəmadi olaraq diqqətdə saxlayır.





MM.AZ