Biri sizə zəng edir, üzr istəyir və hansısa profildə təsadüfən sizin telefon nömrənizi göstərdiyini deyir. Sizdən təsadüfən SMS-də aldığınız kodu ona diktə etməyinizi xahiş edir. Bu, şübhəsiz ki, dələduzluqdur. Dərhal telefonu bağlayın. Dələduzlar özlərini sizin dostunuz kimi göstərə və kartınıza pul köçürmək istəyə bilərlər. Lakin köçürmə etmək üçün onlara kartın nömrəsi, onun istifadə müddəti və CVC/CVV kodu lazımdır. Bu da aldatmadır. Bilməlisiz ki, pul köçürmək üçün kartın yalnız 16 rəqəmi kifayətdir. Başqa heç bir məlumat tələb olunmur. Kartın son istifadə tarixini, sahibinin adı və ya kodunu heç kimə göndərmək olmaz.
MUASİRMEDİA.AZ
ELŞAD HACIYEV DİN MƏTBUAT KATİBİ