Amir Ohana Sahibə Qafarova ilə görüşüb

Siyasət

İsrail Knessetinin Sədri Amir Ohana Özbəkistana səfəri çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşüb. Görüş, Təşkənddə keçirilən Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyası çərçivəsində baş tutub. Tərəflər İsrail və Azərbaycan arasında iqtisadi əlaqələrdən tutmuş sülh və multikultural dəyərlərə qədər artan əməkdaşlığı vurğulayıblar. Hər iki spiker parlamentlərarası əlaqələrin və İsrail ilə Azərbaycan xalqları arasındakı möhkəm münasibətlərin əhəmiyyətini qeyd ediblər.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir