Kirayə pulu ödəməmək üçün, tanış olduğu kişilərin evində gecələmək – dahilik, yoxsa dəlilikdir?
Avstraliyalı model və bloqer Emili Uebb Sidneydə ev kirayələyə bilmədiyi üçün, bir “lifehack” fikirləşdi: Tinder tətbiqi vasitəsilə tanış olduğu kişi və qadınların evində gecələməyə başladı. Zaman-zaman dostlarının evində də qalan Emili hazırda bu cür yaşayır – kirayə haqqı ödəmədən, lakin daim yeni “görüşlərlə”. Bəziləri onun intellektinə heyran qalır, bəziləri isə bu davranışını yüngülxasiyyətlik kimi tənqid edir.
MM.AZ
