Biləsuvar rayonunun Günəşli kəndində yanğın Vətən Müharibəsi veteranını evsiz qoydu.
Gecə saatlarında baş verən yanğın nəticəsində Tağı Alıcı oğlu Qasımova məxsus iki mərtəbəli yaşayış evi içindəki əşyalarla birgə tam yanıb. Yanğın hadisəsi Biləsuvarın Günəşli kəndində baş verib. Yanğın hadisəsi zamanı ev sahibləri evdə olmayıb. Nəticədə ümumi sahəsi 196 kvadratmetrə yaxın olan iki mərtəbəli, taxta konstruksiyalı, 6 otaqlı yaşayış evi alova bürünüb. Tavandan ucalan yanğına ilk olaraq müdaxilə etmək istəyən qonşular birinci mərtəbənin pəncərəsini qırsalar da yanğının şiddətindən evə daxil ola bilməyiblər. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin alovun güclü olması səbəbindən ilk olaraq Yanğın söndürənlərin səyi alovun ətraf ərazilərə keçməməsinə yönəlib. Yanğın zamanı evin bütün hissələrindən ucalan yanğın tikilini tam bürüyüb. Yanan evdən hərhansı əşya çıxarılması belə mümkün olmayıb. Qeyd edək ki, ev sahibi Tağı Qasımov fəhlədir, onun yaxınlarda hərbi xidmətə yollanacaq oğlu isə ofsiant işlədiyindən o da evdə olmayıb.Qeyd edək ki, Qasımovlar ailəsində 3 övlad var. Ailəyə məxsus qiymətli zinyət əşyaları belə məhv olub. Ev sahiblərinin sözlərinə görə hazırda üz tutub məskunlaşacaq yerləri yoxdur. Hadisənin qısa elektrik qapanmasından baş verdiyi ehtimal edilir. Yanğın hadisəsi müvafiq qrumlar tərəfindən hazırda araşdırırlır.

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu