Təbrik edir nəvəni, Əziz Ziba nənəsi!-FOTOLAR

Şou-biznes
Salam, əziz və dəyərli dostlar!
05.04.2025-ci il tarixində 1 yaşı tamam olan, ,,AZİ ” Restonanında ad günü keçirilən nəvəm Mehdin xoş günündə iştirak edən, dəyərli dostlarımın hər birinə ayrı-ayrılıqda öz dərin təşəkkürlərimi bildirirəm!

XONÇA TUTUM TOYUNDA
Əziz nəvəm-Mehdinin 1 yaşının tamam olmasına xoş arzularla.
Bu gün Mehdi nəvəmin,
Bir yaşı tamam olur.
Nənə kimi öyünüb,
Sevincdən gözüm dolur.
Mehdi balam böyüsün,
Görüm onun toyunu.
Xonça tutum toyunda,
Qucaqlayım boyunu.
Toyunda süzə-süzə,
Gözəl nəğmələr qoşum.
Aşıb-daşıb qaynayım,
Bulaq kimi hey coşum.
Bu gün dostlar gəlibdir,
Nəvəmin ad gününə.
Gözəl təbriklər deyir,
Mehdinin şad gününə.
Mən də gördüm bu günü,
Allahıma çox şükür.
Təbrik deyən hər kəsə,
Eyləyirəm təşəkkür.
Xətayinin, Nərgizin,
Hər zaman gülsün üzü.
Mehdi balam həyatda,
Keçib, haqlasın yüzü.
Böyüyüb tez boy atsın,
Könlümün bir dənəsi.
Təbrik edir nəvəni,
Əziz Ziba nənəsi!
05.04.2025
Ziba Sevindik

MUASİRMEDİA.AZ
ZİBA SEVİNDİK

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir