Uşağınız daim asqırırsa səbəbi var demək

Səhiyyə

Uşaq sağlamlığı üzrə mütəxəssis Dr. Anıl Doğan bildirir ki, allergiyanı erkən tanımaq və düzgün yanaşmaq uşağın həyat keyfiyyətinə birbaşa təsir edir.

Əlamətlərə diqqət

Asqırma, gözlərdə sulanma, burun qaşınması, dad və iybilmə qabiliyyətinin azalması, baş ağrısı və davamlı öskürək allergiyanın əsas göstəriciləridir. Bu əlamətlər xüsusilə yaz aylarında iki-üç həftədən çox davam edirsə və qızdırma olmadan müşahidə olunursa, bu artıq allergik rinit ola bilər.

Müalicədə əsas addım

İlk növbədə, uşağın immun sistemi gücləndirilməlidir. Sağlam qidalanma, bol su içmək, istirahət və pediatr tərəfindən məsləhət görülən vitamin-mineral dəstəkləri vacibdir.

Əgər dərman müalicəsi kifayət etmirsə, vaksinlə (immunoterapiya) müalicə tətbiq oluna bilər. Bu üsul uşağın həssas olduğu allergenə qarşı bədəni daha dözümlü etməyə kömək edir.

Yaz allergiyasından qorunmaq üçün

Polen miqdarı yüksək olduqda uşaqları çölə buraxmayın, xüsusilə səhərlər. Evə gəldikdən sonra paltarlarını dəyişin. Paltarları yuduqdan sonra açıq havada qurutmayın, yataq dəstlərini tez-tez dəyişin və pəncərələri bağlı saxlayın.

Əgər yaz aylarında bu əlamətləri müşahidə edirsinizsə, mütləq mütəxəssisə müraciət edin.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir