Ararat Mirzoyanın gizli görüşün Ermənistanın “Past” nəşri yayıb.

Dünya

Ararat Mirzoyan məxfi şəkildə Dubaya gedib və orada Azərbaycan nümayəndəsi ilə qeyri-rəsmi əlaqə saxlayıb.

Belə bir iddianı Ermənistanın “Past” nəşri yayıb.

Nəşr əldə etdiyi məlumatla bağlı XİN-ə sorğu verib və Mirzoyanın BƏƏ-yə səfərinin niyə rəsmən elan edilmədiyinin səbəbini soruşub.

“Ermənistan Xarici İşlər Nazirliyi əvvəlcə Mirzoyanın Dubayda olmasını təkzib etməyə çalışdı, bir müddət sonra isə Mirzoyanın Dubayda olduğunu təsdiqlədi”, – nəşr yazıb.

Rəsmi açıqlamada bildirilib ki, Dubayda heç bir ölkənin nümayəndəsi ilə heç bir rəsmi görüş və ya qeyri-rəsmi əlaqə olmayıb.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir