1932-ci ilin aprelində Müşfiqlə Dilbər nişanlanırlar

Tarix
1932-ci ilin aprelində Müşfiqlə Dilbər nişanlanırlar.
Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün gənc şair və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn (xanımı Fatma ilə), Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə), Məmməd Rahim (xanımı Mələklə) nişana təşrif buyurmuşdular.
1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Bu izdivacdan onların bir oğlu dünyaya gəlir. Dilbər xanım danışırmış ki, Müşfiq uşağın adını Yalçın qoydu. Sevinci yerə-göyə sığmırdı. Dünyaya gəldiyi gündən Müşfiqə sanki qanad gətirmişdi. Təəssüflər olsun ki, sevincimiz çox çəkmədi. Uşaq iki aylıq olanda bərk xəstələndi, hərarəti yüksək olduğundan bütün gecəni süst düşdü. Həkimlərin müayinəsi və müalicəsi fayda vermədi. Uşaq gözlərini son dəfə əbədi yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qopardı.
Oğlunun ölümündən (1934-cü il) sonra şair böyük sarsıntı keçirir. Həmin ilin sonlarında sevdiyi həmyerlisi Cəfər Cabbarlının ölümü Müşfiqə ağır zərbə olur. Şairin ürəyini bu sıxıntılardan başqa, ona qarşı yönələn haqsız tənqidlər də sıxır…
Mənim bu dəryada bir sandalım var,
Hələ bədr olmamış bir hilalım var.

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏT OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir