İranlıya narkokuryerlik edən şəxs saxlanıldı

Kriminal

Masallı rayonunda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paytaxt və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir