“Bizim Cəbiş müəllim” filmi ilə yaddaşlarda əbədi iz qoyan Azərbaycan SSR Xalq artisti Süleyman Ələsgərov, həyat yoldaşı Leyla xanım və qızı Sevil.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə filmlərdə çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı “Bizim Cəbiş müəllim” filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda özünü ifa edir. Belə ki, o, həyatda da Cəbiş müəllim kimi sakit, sadə insan olub. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir. Adamlar onu küçədə görəndə “Cəbiş müəllim” deyib qışqırırlar. Aktyor isə bundan əsəbiləşib deyirmiş ki, axı mən öz adım var. Öz adımla çağırın.
Aktyorun sözlərinə görə, filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasında razı deyilmiş. Süleyman Ələsgərov müsahibələrinin birində bu haqda deyir: “Bir dəfə də olsun, demirdi ki, xoşum gələn oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra camaat da tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu.
MUASİRMEDİA.AZ
