Azərbaycanın ilk qadın pianoçularından biri olan Xədicə xanım Qayıbova

Tarix
1937 – ci ildə, repressiya dövründə böyük ziya sahiblərimizin başına gətirilən müsibətlər Xədicə xanımın da həyatından yan keçməyib. O, 1938 – ci ildə Mircəfər Bağırovun göstərişi ilə güllələnib. Xatirələrdə həmin hadisə haqqında belə yazılıb: “Mircəfər Bağırovun ilk sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub. O, 3 dəfə ailə həyatı qurub və ailəsi müəyyən səbəblərə görə dağılıb. Buna baxmayaraq Xədicə xanım Mircəfər Bağırovun evlilik istəyinə heç zaman səmimi yanaşmayıb… Dəfələrlə Xədicə Qayıbovanı bu münasibətə təhrik etsələr də, o, Bağırova heç vaxt “hə” cavabını vermir. Buna görə Bağırov onu repressiyadan qurtarmaq istəmir, həbs etdirir. Həbs müddətində Xədicə xanımdan sonuncu dəfə “hə” cavabını almaq istəyir. Bu dəfə də “yox” söyləyən Qayıbovanı güllələyir və bu qərar Mir Cəfər Bağırovu bərk sarsıdır…”
“Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da var idi. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam. Qoy onlar sevinməsinlər. Ona qarşı irəli sürülən ittihamlar ağır idi – əksinqilabçı, xarici kəşfiyyatın casusu…” – İnqilabçı Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyevanın xatirələrindən..

.

1 kişi ve gözlük görseli olabilir
MUASIRMEDIA.AZ
MƏCİD RƏŞİDOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir