Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:
- Hər zaman sizə verdiyi nemətlərə görə Uca Yaradana şükür edin, nankor olmayın.
- Heç zaman Uca yaradanı unutmayın. Bilin ki, müsibət və faciələr insan onu unutduğu zaman baş verir.
- Heç zaman vicdanınıza xəyanət etməyin. Unutmayın ki, vicdan yarası çox ağır olur.
- Hər gün özünüzü hesaba çəkin. Yaxşı və pis əməllərinizi saf-çürük edin. Çalışın o dünyada hesabınız və yükünüz çox ağır olmasın.
- Hər zaman sözün doğrusuna qulaq asın. Heç zaman doğruları və həqiqətləri görməməzlikdən gəlməyin. Bu sizə yalnız zərər gətirəcək.
- İnsanları pula, mala, vəzifəyə görə deyil, yaradana və xeyirxah əməllərinə görə sevin.
- İnsanların haqqına girməyin, bunun hesabının o dünyada çox ağır olacağını unutmayın.
- Heç zaman sizə verilən əmanətə xəyanət etməyin. Bilin ki, o dünyada xəyanətin hesabı çox ağır olacaq.
- Beyninizi, ürəyinizi həsəd, kin-küdurət və düşmənçiliklə deyil, sevgi və məhəbbətlə bəsləyin.
10.Təkəbbürdən, özündən razılıqdan uzaq olun. Bu sizə yalnız ziyan gətirəcək.