Prezident İlham Əliyev Prezidenti Əhməd əş-Şara-nı Azərbaycana rəsmi səfərə dəvət edib-FOTO

Siyasət

Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü olub. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Əhməd əş-Şaranın keçmişi müəyyən qədər tənqidə açıq olsa da, o, hazırda Suriya Ərəb Respublikasının keçid dövrü prezidentidir. Onun Azərbaycana münasibəti müsbətdir, əməkdaşlığa marağı isə aydındır. Bu, Bakı üçün də məqbul yanaşmadır.

Bakı-Dəməşq münasibətləri nə Hafiz Əsədin, nə də Bəşər Əsədin dövründə yaxşı olmayıb. Xüsusilə Bəşər Əsədin açıq ermənipərəst siyasəti iki ölkə arasındakı münasibətləri son dərəcə gərgin vəziyyətə salmışdı. Lakin Əsəd rejimindən fərqli olaraq, Əhməd əş-Şara Bakı ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Türkiyənin müttəfiqi olan Azərbaycan ilə Ankara tərəfindən dəstəklənən Suriyanın yeni hakimiyyəti arasında körpü formalaşmaqdadır. Ankara Əhməd əş-Şaranın beynəlxalq ictimaiyyət qarşısında özünü müsbət mənada göstərməsini, yeni Suriyanın əvvəlkindən fərqli olduğunu sübut etməsini istəyir. Azərbaycan bu baxımdan əvəzsiz tərəfdaşdır.

5 kişi görseli olabilir

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir