Məhbus Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

ölkə
Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Bağırsaqlarından yayılan şiş ağciyərlərinə doğru metastaz verib. Xərçəng bir gündə yaranan, beş gündə metastaz verən xəstəlik deyil. Demək ki, o həbs olunanda ədliyyə sistemi öz vəzifəsini icra etməyib, onu doğru-düzgün müayinə etməyib, xəstəliyini müəlləyləşdirə bilməyib və ya bilib gizlədib. Əvəz bəy uzun müddətdir həbsdədir, bu müddət ərzində xəstəliyi inkişaf edib, durumu ağırlaşıb, ancaq yenə penitensiar sistemin bundan xəbəri olmayıb. Bu necə ölkədir?! Bu necə ədliyyə sistemidir?!
Metastaz vermiş xərcəng xəstəliyinin nə demək olduğunu bilə-bilə onu həbsdə saxlamağa heç bir qanun yol vermir.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir