Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib.
Tədbir işdirakçıları şəhidlərin əziz xatirəsinin daim yaşadılacağını, onların ailələrinin cəmiyyət və dövlət tərəfindən hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıblar. Bildiriblər ki, yeni nəsil bu qəhrəmanları tanımalı və onlara layiq şəkildə böyüməlidir.
Tədbirdə:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova
Millət vəkilləri: Aydın Hüseynov, Mehriban Vəliyeva, Nigar Məmmədova, Rizvan Nəbiyev
zərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva iştirak etmişlər.
Ceyran Həsənova: Şəhid analarını cəmiyyətə təqdim etmək bizim borcumuzdur.
Tədbirdə İkinci Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

