Böyük insan Heydər Əliyevin əzəməti, qüdrəti, müdrikliyi və müqəddəliyi bizim fikrimizcə, həm də ondan ibarətdir ki, o, hətta öz dünyasını dəyişəndən sonra da Azərbaycan cəmiyyətini nə etməli, necə yaşamalı sualları ilə dilemma qarşısında qoymadı, əksinə, o öz əbədiyaşarlığı ilə gələcək inkişafımızın perspektivlərini, müstəqil dövlət quruculuğu stragesiyasının başlıca istiqamətlərini tam aydınlığı və dəqiqliyi ilə mayaktək işıqlandırdı. Və ən başlıcası, sözdən işə keçməyin vaxtını bir daha hamımıza tam aydınlığı ilə xatırlatdı. Heydər Əliyev dünyasını dəyişməklə təkcə Azərbaycanı deyil, sanki bütün cahanı təlatümə, həyəcana gətirərək yenidən silkələdi və onun fiziki yoxluğunun Azərbaycanın ən qiymətli, dəyərli sərvətini itirməsi demək olduğunu bir daha sanki qəmkarvanına qapılmış dünyanın yadına saldı.
MM.AZ
