Aygün Attarın bayrağımızı yerə atması etirazla qarşılanıb

Cəmiyyət
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim – professor Aygün Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvlüyündən azad edilib.
Şuraya yeni təyinatlar barədə məlumat Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub. Məlum olub ki, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda çalışan Aygün Attarın adı yer almayıb.
 Bu xəbərin Azərbaycandakı bir sıra elektron KİV-lərdə dərc olunması Aygün Attar və onun ətrafını qəzəbləndirib.
 Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan Mətbuat Şurasının bir qrup üzvü, azərbaycanlı ictimai fəallar və jurnalistlər Ankarada olarkən xanım Attarın üçrəngli bayrağımıza sayğısız rəftarına şahidlik ediblər.
 Həmin vaxt Ankarada düzənlənən tədbirdə Aygün Attara kiçik ölçülü Azərbaycan bayraqları verilib ki, əlində saxlasın. Amma o heç kimin gözləmədiyi halda həmin bayraqları yerə atıb. Professorun bu aşağılayıcı hərəkəti Azərbaycandan gedən jurnalistlərin heyrəti və etirazı ilə qarşılanıb.
Tədbirdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xüsusi Təyinatləların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə dərhal Aygün Attara etiraz əlaməti olaraq onun yerə atdığı üçrəngli bayraqları götürüb və tədbiri tərk edib
.MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir