3 Rayonda oğurluq edən şəxslər saxlanılıblar

Kriminal

Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən bir nəfərə məxsus mobil telefon oğurlanıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Məmmədova saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyası oğurlayan 22 yaşlı A.Qulizadənin, Nərimanov rayonunda isə bir nəfərə məxsus 2000 manat dəyərində mobil telefonu talayan 35 yaşlı A.Əliyev də saxlanılıb.
MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir