Bu gün 15 gündür ki, Tofiq Yaqublu aclıq edir.
İndicə ata ilə danışdım. Hər dəfə saat 10-11 arası danışırdıq. Bu gün gec zəng etdi deyə, çox narahat olmuşdum. Səsi çox halsız, yorğun və zəif gəlirdi. Danışanda dedi ki, ondan qan analizi götürürdüləri üçün daha doğrusu, qan analiz götürə bilmədikləri üçün gec zəng edib.
Ata dedi ki, analiz üçün damardan qan çıxmırdı deyə, götürə bilmirdilər. Qan qatı və qara idi. Həkim xeyli çalışdıqdan sonra güclə 3q qan götürə bildi.
Mədəsində kəskin ağrılar əmələ gəlib. Ümumən bütün vücudu ağrıyır. Suyu belə güclə içə bilir, gecələr yata bilmir.
Bu gün çəkisi 85kq olub. Ürək döyüntüsü kəskin aşağı düşüb. Dünən 95 olan ürək döyüntüsü bu gün 57-dir. Təzyiqi 125/80, temperaturu 36-dır.
Kamerasına yenə yemək gətirdiklərini soruşanda dedi ki, kamerasına yenə gündə 3 dəfə yemək gətirirlər və saatlarla masanın üstündə saxlayırlar.
Tofiq Yaqublu: “ Möhkəməm. Nə olmağından asılı olmayaraq sona qədər gedəcəm. Aclıq ağırılı da, çətin də olsa qərarımın geri dönüşü yoxdur. Qoy, özləri bilsinlər!”
P.S Tofiq Yaqubluya dəstək olmaq istəyirsinizsə, onun son sözünü oxuyun və paylaşın.